пятница, 11 ноября 2011 г.

МИН


Qohum funksiyalar:
Sintaksis:
    МИН(число1;число2;...)
Nəticə:
    Verilənlər çoxluğunda ən kiçik qiyməti (xmin) tapır.
Arqumentlər:
    число1, число2,...: minimal qiyməti axtarılan 1-dən 255-ə qədər arqumentlər.
Qeydlər:
  • arqumentlər ədədlər, boş xanalar, məntiqi qiymətlər və ədədlərin mətn təsvirləri ola bilər. Ədədlərə çevrilə bilməyən səhvlərin qiymətlərindən və mətnlərdən ibarət olan arqumentlər səhvə səbəb olur;
  • əgər arqument massiv və ya istinaddırsa, onda yalnız ədədlər nəzərə alınır. Massivdə və ya istinadda boş oyuqlar, məntiqi qiymətlər və mətnlər nəzərə alınmır. Məntiqi qiymətlərin və mətnlərin nəzərə alınması üçün  МИНА funksiyasından istifadə etmək lazımdır;
  • МИН funksiyasının arqumentləri içərisində ədədlər yoxdursa, onda nəticə olaraq 0 qiyməti qaytarılır.
Riyazi-statistik interpretasiya:
   МИН funksiyası əlamətin minimal qiymətini tapmaq üçün tətbiq olunur.

Misal
Bir kiçik müəssisənin işçiləri arasında cari ilin birinci kvartalı üzrə sosial vəziyyəti öyrənmək məqsədilə sorğu aparılmışdır. Sorğuda orta əmək haqqında olan suala 14 nəfər respondentin verdiyi cavablar aşağıdakı cədvəldə verilmişdir.


1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
Kvartal üzrə
orta əmək haqqı
(min manat)
1,52
4,25
1,58
2,73
5,11

4,1
3,72
3,15
4
2,95
4,17



Kvartal üzrə orta əmək haqqının ən kiçik qiymətini hesablamalı.


Həlli
Məsələni МИН funksiyası vasitəsilə həll edək.
1.    İlkin verilənlər cədvəlini tərtib edək:


 2.   Nəticənin yazılacağı oyuğu seçək ($A$3).
 3.   Мастер функций dialoq pəncərəsinin     
      Статистические kateqoriyasından МИН 
      funksiyasını seçək. Bu zaman МИН funksiyasının 
      dialoq pəncərəsi əmələ gələcək.
     4. Число1 sahəsinə daxil olaraq ilkin verilənlər   
         diapazonunu (B2:O2) mausla   seçək. OK düyməsini 
         basdıqdan sonra $A$3 oyuğunda hesablamanın 
         nəticəsi olan 1,52 qiyməti əmələ gələcəkdir.
Qeyd. İlkin verilənlər arasında mətn dəyişənləri və ИСТИНА 
         və ЛОЖЬ kimi məntiqi dəyişənlər vardırsa, onda  
         МИНА funksiyasından istifadə etmək lazımdır.